Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.
Deputat Vahid Əhmədovun Modern.az-a verdiyi məlumata görə dəfn mərasimi dekabrın 7-si saat 12:00-da Qubada keçiriləcək:
“Qubada “Mədəniyyət evi”ndə vida mərasimi keçiriləcək. Allah rəhmət eləsin!”
Qeyd edək ki, Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 6 noyabr 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdi. Milliyətcə yəhudi idi.
11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilib.
Ailəli idi, 4 övladı var.