Milli Məclisin Katibliyində dörd nəfər vəzifəsindən azad edilib

07 May 2020 - 19:15

Milli Məclisdə struktur islahatları davam edir.

Milli Məclisin saytının verdiyi məlumata görə, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının Katibliyində dörd nəfər işdən çıxarılıb. 

Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov, Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova, Milli Məclis Sədrinin müavininin köməkçisi – Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib.