Milli Məclisin Mətbuat Xidmətinə yeni rəhbər təyin edildi

05 May 2020 - 10:42

Milli Məclisin (MM) Mətbuat Xidmətinin rəhbəri dəyişdirilib.

“Report”un xəbərinə görə, bununla bağlı MM Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Elnar Məmmədli Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri təyin olunub.

Elnar Məmmədli AZTV -də çalışıb.

İndiyədək Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu idi.