MTRŞ islahatlara başladı –9 telekanal birgə fəaliyyət üçün Anlaşma sənədi imzaladı

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.

Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma MTRŞ tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin Mətbuat Xidmətinə yeni rəhbər təyin edildi

Sonrakı məqalə

Ermənistanda ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb