Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

02 May 2020 - 17:04

Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyi məlum olub.  

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər sırasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” və “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” qanun layihələri də var.