Milli Məclisin keçmiş deputatı Akif Şahbazov vəfat edib.
Sabiq deputat 65 yaşında dünyasını dəyişib.
Mərhum doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib.
Akif Rəhim oğlu Şahbazov Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olub.
Yeni Azərbaycan Partiyasının sıralarından 1995-ci il noyabrın 12-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilib. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvü olub.
1998-ci ildə Yeni Azərbaycan Partiyasından istefa edərək Azərbaycan Demokrat Partiyasına üzv olub.
2007-ci ildə Rəsul Quliyev və tərəfdarları ilə birgə Azərbaycan Demokrat Partiyasından ayrılmış, Açıq Cəmiyyət Partiyasının quruculuğunda iştirak edərək həmin partiyanın sədri seçilib. 24 iyun 2009-cu ildə Açıq Cəmiyyət Partiyası sədrliyindən istefa verib.
2014-cü ildən Gələcək Azərbaycan Partiyasının üzvü olub.
Milli Məclisin sabiq sədri Rəsul Quliyev Akif Şahbazovun ölümü ilə bağlı başsağlığı verib. O sabiq deputatı “silhadaşı” adlandırıb: ” Akif Şahbazov kimi insanın həyatdan getməsi onun dostları yaxınları üçün böyük itkidir. Allah rəhmət etsin”.
Azpost.info