Milli Məclisin sabiq deputatı vəfat edib

15 Sentyabr 2019 - 11:30

Milli Məclisin sabiq deputatı Soltan Məmmədov vəfat edib.

Azpost.info bildirir ki, 1938-ci ildə Astara rayonunda anadan olan S. Məmmədov sovet zamanında zəngin partiya karyerası qurub.

O,  1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.

Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Şurasının üzvü, Mənzil-komunnal daimi komisiyasının sədri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dotluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Soltan Məmmədov  xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq edib. O, elə o vaxtlardan el arasında özünün “yaxşı adam”, “ağsaqqal” kimi ali titullarını qazanıb. Səmərəli fəaliyyətinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib.

Allah rəhmət eləsin!