Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlərin siyahısı hazırlanıb

User 03 Oktyabr 2025 - 13:30 (Last updated: 03 Oktyabr 2025 - 13:30)
metbuat sura

Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

 

AzPost bildirir ki, bu barədə Şura məlumat yayıb.

İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub.

Sədr Rəşad Məcid deyib ki, MŞ “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına namizədləri müəyyənləşdirib və Medianın İnkişafı Agentliyinə (MEDİA) təqdim edib.

R.Məcid məlumatında eyni zamanda bidirib ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır.

Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.

Daha sonra MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib.

O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açıb və bildirib ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.

AzPost.az

Post navigation

Previous: Prokurorluq “Məlhəm” hospitalında körpə qalmaqalı ilə bağlı araşdırma aparır
Next: Mərakeşdə gənclərin “TikTok” etirazları davam edir –

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

paltaryuyan
  • Maraqlı

Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq

User 30 Oktyabr 2026 - 12:29
Bir çox insan paltar yuyulduqdan dərhal sonra paltaryuyan maşının qapısını bağlamağa çalışır. Onlar bunu qapının menteşələrinin və...
Read more about Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.