Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Milli Məclis Aparatında növbəti kadr islahatları aparılıb

User 22 May 2022 - 12:28 (Last updated: 21 May 2025 - 20:15)
məclis

Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb.

Milli Məclisdən  verilən məlumata görə, sədrin sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib. R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışır. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.

Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir.

Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, adları çəkilən əməkdaşların hər biri uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdirlər. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir:

“Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar. Son olaraq isə Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunublar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilib”.

Post navigation

Previous: Ukraynanın 11 pilotsuz uçuş aparatı vurulub-
Next: Səhiyyə Nazirliyi Türkiyədə “Meymun çiçəyi”nə yoluxma olmadığını bildirib

Oxşar xəbərlər

Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
urekgetme
  • Sosial

Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?

User 03 Noyabr 2026 - 10:37
DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.