Milli Qəhrəman Şahin Tağıyev xəstəxanaya yerləşdirilib

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azpost.info bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə bildiriblər.
3 gün öncə xəstəxanaya aparılan Şahin Tağıyevin hazırda vziyyəti stabildir və xəstəxanada müalicə alır.
“İlk gün vəziyyəti kritik ağır olan Şahin Tağıyev həyatdadır. Ümid edirik ki, o yaxın gələcəkdə tamamilə sağalıb öz evinə dönəcək”.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Şahin Tağıyev “Qurtuluş” batalyonunun komandiri olub.
Döyüşlərədə şücaətinə görə, Azərbaycan prezidentinin sərəncamı ilə 1992-ci ildə Milli Qəhrəman adı verilib.
1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.

2001-ci ildən İsveçdə mühacirətdə yaşayır.

Əvvəlki məqalə

Məktəb psixoloqlarından yalnış gözləntilər var

Sonrakı məqalə

Finlandiya vətəndaşlıq almaq istəyənlər üçün şərtləri sərtləşdirir