Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

06 Aprel 2020 - 18:08

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan  verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov MTRŞ-nın sədri seçilib.

Qeyd edək ki, MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli idi.