“MilliÖN”dən əlavə 1 manat ödənişi ilə bağlı daha bir açıqlama

“MilliÖN” ödəmə terminalları elektrik enerjisi ödənişlərinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Fevralın 10-dan etibarən “MilliÖN” ödəniş terminalları şəbəkəsində “Azərişıq” ASC-nin qeyri-əhali abunəçi qrupu üzrə elektrik enerjisi sərfiyyatı ödənişi məbləğdən əlavə olaraq 1 AZN ödəniş xidmət haqqı tətbiq edilir:

“Əlavə olaraq vurğulayırıq ki, bu qrupa kafe, restoran, mağaza, fabrik, zavod və s. tipli istehsal, kommersiya, xidmət və s. təyinatlı obyektlər aiddir.

Əhalinin qrupu üzrə elektrik enerjisi sərfiyyatına görə ödənişlərdən isə, əvvəllər olduğu kimi, heç bir xidmət haqqı tutulmur. Əhali qrupu ödənişləri əvvəlki qaydada, heç bir əlavə komissiya olmadan davam etdirilə bilər”.

Əlavə olunub ki, xidmət haqqı “Azərişıq” ASC tərəfindən deyil, “MilliÖN tərəfindən tətbiq edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tbilisidə bazarda güclü yanğın başlayıb

Sonrakı məqalə

Putin azərbaycanlı milyarder Qod Nisanovu mükafatlandırdı