Milyonçular Rusiya və Çindən qaçır- RƏQƏMLƏR

2022-ci ilin sonuna olan hesablamalara görə, Çin və Rusiya milyonçuların ən çox tərk etdiyi ölkələrin siyahısına başçılıq edib.

Azpost.info info xəbər verir ki, bunu Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin hesabatı ortaya qoyub.

Hesabata görə, ötən il Çini 10,8 min, Rusiyanı isə 8,5 min milyonçu tərk edib.

Eyni zamanda, Rusiyadan xaricə axının proqnozlaşdırılandan xeyli az olduğu ortaya çıxıb. Ən azı 15 min milyonçunun Rusiyanı tərk edəcəyi gözlənilir ki, bu da onların ümumi sayının təxminən 15 faizini təşkil edir.

“Henley & Partners” hesab edir ki, 2023-cü ildə Rusiyanı 3000 milyonçu tərk edəcək və ölkə bu göstəricidə Çin, Hindistan və Böyük Britaniyadan sonra dördüncü yeri tutacaq.

Analitiklərin fikrincə, Çini 13,5 min varlı vətəndaş  tərk edəcək. Onlar bunu ölkədə rifah artımının yavaşlaması ilə əlaqələndirirlər.

Azpost.info

Əvvəlki məqalə

“Türkiyə-Azərbaycan Universitetinin yaxın gələcəkdə fəaliyyətə başlamasını təmin edəcəyik”

Sonrakı məqalə

“Zəngəzur dəhlizinin açılması qaçılmazdır”