“Min kvadrat kilometr ərazi azad edilib, 18 idarəetmə məntəqəsi dağıdılıb” –Ukrayna Baş Qərargahı

Son bir neçə gündə Ukrayna ordusu min kvadrat kilometr Ukryana ərazisini rus ordusundan təmizləyib. 

Azpost.info bildirir ki, bu barədə Baş Qərargahın səhər verdiyi açıqlamada deyilir.

“Ayrı-ayrı istiqamətlərdə ordu hissələrimiz düşməni sıxışdıraraq 50 km. dərinliyə irəliləyib. Xarkov vilayətinin 30-dan çox yaşayış məskəni azad edilib və nəzarət altına alınıb”-deyə açıqlamada vurğulanır.

Baş Qərargahda həmçinin bildirilib ki, sutka ərzində Ukrayna ordusunun artilleriya və raket hissələri düşmənin 18 idarəetmə məntəqəsini və 20 silah-sursat anbarını məhv edib.

 

Əvvəlki məqalə

Azərbaycan neftinin bir barelinin qiyməti 95 dolları ötüb

Sonrakı məqalə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub