Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mind Odyssey” regional intellektual turnirinə yekun vurulub

User 29 Sentyabr 2025 - 08:52 (Last updated: 29 Sentyabr 2025 - 16:16)
od02

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Mind Odyssey” regional intellektual turnir layihəsi çərçivəsində keçirilən intellektual yarışa  yekun vurulub.

22-27 sentyabr 2025-ci il tarixlərində turnirin “A”, “B”, “C”, “D” və “E” qruplarının oyunları, həmçinin yarımfinal və final mərhələsi  keçirilib.

İlk olaraq, 22 sentyabr tarixində  bilik yarışının qrup mərhələsinə start verilib və ilk yarış günü gənclərin maraqlı mübarizəsi ilə yadda qalıb. Qazax Gənclər Evində təşkil olunan turnirin “A” qrupunda 4 komanda – Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin “Hədəf”, Qazax rayon Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin “Nobelium”, Ağstafa rayon Dağkəsəmən kənd 1 saylı tam orta məktəbin “Qarabağ” və Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin “Lider” komandaları mübarizə aparıb. Səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Lider” və  “Hədəf” komandaları yarımfinala vəsiqə qazanan ilk komandalar olublar.

23 sentyabrda isə turnirin “B” qrupunun oyunları təşkil olunub. Bu dəfə Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin “Vurğun”, Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbin “Zirvə”, Qazax rayon Kosalar kənd İ.Şıxlı adına tam orta məktəbin “Viktoriya”, Ağstafa rayon Dağkəsəmən kənd İ.Salıfov adına 2 saylı tam orta məktəbin “Xarı Bülbül” və Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbin “İkonlar” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, “Zirvə” və “Vurğun” komandaları adlarını yarımfinala yazdırmağa nail olublar.

“C” qrupunun oyunları 24 sentyabr tarixində keçirilib. Qrupda Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin “Kosmos”, Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəbin “Qara İnci”, Qazax rayon Çaylı kənd V.Göşşüyev adına 1 saylı tam orta məktəbin “Terrible Space”, Qazax rayon Orta Salahlı kənd S.M.Hacıyev adına tam orta məktəbin “Zəka” və Ağstafa rayon Qıraq Kəsəmən kənd X.Mirzəyev adına tam orta məktəbin “Turan” komandaları mübarizə aparıb. Qaydaya əsasən, səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Kosmos” və  “Terrible Space” komandaları yarımfinala adlayıblar.

Turnir 25 sentyabr tarixində “D” qrupunun oyunları ilə davam edib. Bu dəfə Qazax şəhər F.Şamoyev adına 4 saylı tam orta məktəbin “Şuşa”, Qazax rayon Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 saylı tam orta məktəbin “Sabah”, Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin “Nirvana”, Qazax rayon Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin “Ayın kölgəsi” və Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin “Viktoriya” komandaları mübarizə aparıb. Ənənəyə uyğun olaraq, səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Nirvana” və  “Viktoriya” komandaları yarımfinala adlayıblar.

Nəhayət, 26 sentyabr tarixində sonuncu – “E” qrupunun oyunu təşkil olunub. Sonuncu turda Qazax şəhər M.Hüseyn adına texniki-humanitar təmayüllü məktəb-liseyin “Difai qılıncları”,  Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin “Ulduz” və Qazax rayon Ağköynək kənd Ş.Çobanov adına tam orta məktəbin “Phoenix” komandaları üz-üzə gəlib. Qazax şəhər N.Vəliyev adına 5 saylı tam orta məktəb və Qazax rayon Xanlıqlar kənd Ş.Şahvələdov adına tam orta məktəbin komandaları yarışda iştirak etməyiblər Beləliklə, yarımfinala vəsiqə qazanan son iki komandanın adlarına aydınlıq gətirilib: bunlar “Ulduz” və “Difai qılıncları” komandaları olub.

Qrup mərhələrində ən yaxşı nəticə göstərmiş on komanda 27 sentyabr tarixində yarımfinalda mübarizə aparıblar, Səsləndirilən 15 suala ən çox doğru cavab verən “Nirvana”, “Vurğun”, “Kosmos” və “Viktoriya” komandaları finalda oynamaq hüququ qazanıblar.

Eyni gündə təşkil olunan final görüşündə isə Ağstafa məktəbliləri hamıdan güclü olublar. Belə ki, Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin “Viktoriya” komandası bütün rəqiblərini qabaqlayaraq, turnirin kubokunu başı üzərinə qaldırıb. Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin “Kosmos” və  Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin “Nirvana” komandaları müvafiq olaraq II və III yerləri tutublar. Hər üç komandanın üzvləri müvafiq diplomlarla təltif olunub..

Qeyd edək ki, “Mind Odyssey” regional intellektual turnir layihəsi 1 sentyabr tarixində start götürüb və 31 oktyabr tarixində yekunlaşacaqdır.

 

AzPost.az

Post navigation

Previous: Bəzi ərazilərdə qaz olmayacaq
Next: Artıq duz ədviyyat deyil, tələdir

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.