Mingəçevir sakini intihar edib

01 Fevral 2020 - 08:15

Mingəçevirdə intihar hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Kür çayının sağ sahil hissəsində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb.

1962-ci il təvəllüdlü şəhər sakini Xalid Baba oğlu İsmayılov yaşadığı evdə asılmış vəziyyətdə aşkar edilib. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.