Göygöldə baş vermiş avtoqəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub

Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib.

APA-nın qərb bürosunun məlumatına görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 23:06

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Qəza zamanı “Ford” markalı kiçiktutumlu yük maşını “ZİL” markalı yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Təfərrüatlar araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da avtomobillə Trampın iqamətgahına soxulmaq istəyən iki nəfər tutulub

Sonrakı məqalə

Mingəçevir sakini intihar edib