Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mingəçevirdə və Bərdədə keçmiş köçkünlər üçün kompüter təlimlərinə start verildi

User 05 İyun 2025 - 13:10 (Last updated: 05 İyun 2025 - 15:10)
mi01

İki bölgədə keçirilən intensiv proqram çərçivəsində 30 iştirakçı “Böyük Qayıdış”a hazırlıq məqsədilə rəqəmsal bacarıqlar əldə edir.

İyun ayından etibarən Mingəçevir və Bərdədə yerləşən kompüter mərkəzlərində keçmiş köçkünlərin rəqəmsal bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramına start verilib. Təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

2025-ci ilin iyun ayından “Mingəçevir Turizm Kolleci” PHŞ və Bərdə şəhərində yerləşən “General Academy” MMC-nin kompüter mərkəzlərində “Böyük Qayıdış” prosesinə dəstək məqsədilə kompüter təlimlərinə başlanılıb. İki ay müddətində davam edəcək intensiv proqram 30 keçmiş köçkünün əmək bazarına inteqrasiyasını və rəqəmsal biliklərini gücləndirməyi hədəfləyir.

Proqramın ilk günü MS Word proqramı ilə tanışlıq, lent interfeysi və fayl menyusunun əsas funksiyalarının öyrənilməsi ilə yadda qalıb. Təlimçilər Ləman Nəbiyeva və Pərvanə Ağayeva iştirakçılara fərdi yanaşmaqla mövzunu əhatəli şəkildə izah ediblər. Nəticədə hər iki mərkəzdə təlimin ilk günü yüksək motivasiya və fəallıqla keçib.

Bərdə şəhərindəki təlimlər şəhidlərin xatirəsinin anılması və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Xüsusilə vurğulanıb ki, şəhid və qazilərimizin qəhrəmanlığı, vətənə sevgisi sayəsində bu cür sosial təşəbbüslər reallaşır. Bu mənəvi jest tədbirə xüsusi rəsmi ab-hava qatıb.

Proqram çərçivəsində iştirakçılar arasında əlaqə və müzakirəni gücləndirmək məqsədilə “Mingəçevirdə İT təlimi” və “Bərdə yay məktəbi” adlı WhatsApp qrupları yaradılıb. Eyni zamanda, hər təlim gününün sonunda materiallar bu qruplar vasitəsilə paylaşılır.

Təlimlər “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin may ayının 1-dən həyata keçirdiyi “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi çərçivəsində təşkil olunub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

Layihənin rəhbəri Fərman Nəbiyev bildirib ki, iyun ayının sonlarında hər iki bölgədə monitorinq aparılacaq:

“Təlimlərin effektivliyini ölçmək üçün iştirakçılar arasında qiymətləndirmə keçiriləcək. İyulun sonunda uğur qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq.”

Qeyd edək ki, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ildən etibarən yerli və beynəlxalq donorların dəstəyi ilə keçmiş köçkünlərə yönəlik bir sıra sosial layihələr həyata keçirib. Bunlara məcburi köçkün icmalarında sorğular və maarifləndirmə tədbirləri, məşğulluq ehtiyaclarının araşdırılması, birgəyaşayış mövzusunda məlumatlandırma kampaniyaları və peşə bacarıqlarının artırılmasına yönəlmiş proqramlar daxildir.

AzPost.az

Post navigation

Previous: Dəhşətli cinayət törədən şəxs 11 gün sonra tutuldu
Next: Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.