Mingəçevirdəki məcburi köçkün şəhərciyində bıçaqlanma olub 

25 Sentyabr 2019 - 22:49

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Hadisə yeni məcburi köçkün şəhərciyində, 5 saylı binada baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü şəhərcik sakni Məmmədov Şikar Həsən oğlu naməlum şəraitdə sol bud nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. (APA)