Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Hadisə yeni məcburi köçkün şəhərciyində, 5 saylı binada baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü şəhərcik sakni Məmmədov Şikar Həsən oğlu naməlum şəraitdə sol bud nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. (APA)