Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Mingəçevirdə ekoloji maarifləndirmə aparılıb

User 01 Oktyabr 2026 - 12:20 (Last updated: 01 Oktyabr 2026 - 13:26)
qht yasil01

30 sentyabr 2026-cı ildə Mingəçevir Resurs Mərkəzinin konfrans zalında “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin dəstəyi ilə “Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” layihəsi çərçivəsində tədbir keçirilib. Məqsəd iqlim dəyişikliyi ilə mübarizə kontekstində yerli və regional səviyyədə maarifləndirmənin artırılması, həmçinin yaşıl enerji sistemlərinə keçid prosesinin təşviqi olub.

Tədbirdə layihə rəhbəri Həmid Xəlilov, təlimçi-ekspertlər Amin Məmmədov və Sadıq Həsənov, Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri, Gənclər Evinin könüllüləri, eləcə də şəhərdə ekoloji sahədə fəaliyyət göstərən QHT rəhbərləri iştirak ediblər.

Layihənin təlimçi-ekspertləri müasir ekoloji çağırışlar və bərpaolunan enerji texnologiyalarına dair geniş təqdimatlar ediblər. Təqdimatlarda son illər ölkədə iqlim dəyişikliyinin fəsadlarının azaldılması və alternativ enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və mühüm layihələr diqqətə çatdırılıb. Yekunda interaktiv diskussiya aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Aparılan müzakirələr və irəli sürülən təkliflər regionda ekoloji maarifləndirmənin davamlılığını təmin etməyə, eyni zamanda ölkəmizin “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətindəki milli hədəflərə töhfə verməyə yönəlib.

AzPost.az

Post navigation

Previous: Gecə yatmayanlarla bağlı araşdırma –
Next: Şəkər və antibiotiklərlə bağlı yeni araşdırma –

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin...
Read more about Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.