Minnesota qubernatoru ABŞ Milli Qvardiyasının ştata yeridilməsinə çağırıb –Etirazlar dayanmır

Minnesota ştatının qubernatoru şənbə günü Minneapolis və Sent Pol şəhərlərində talan, yanğın və digər zorakılıq aktları ilə məşğul olan bir qrup etirazçıya müqavimət göstərmək məqsədilə Milli Qvardiyanın tam səfərbər olunmasına çağırıb.

Minneapolis və yaxınlığındakı Sent Pol şəhərlərində şənbə günü artıq dördüncü gündür zorakılıqlar davam edir. Etirazçılar qaradərili Corc Floydun ağdərili polis tərəfindən öldürülməsinə etiraz edir. Polis dizi ilə Floydun boynunu sıxaraq onu boğub. Floyd isə həmin anlarda bir neçə dəfə “Nəfəs ala bilmirəm” deyib.

Həmin anların video görüntüsü dünya boyu insanlar tərəfindən izlənib və qəzəbə səbəb olub.

Uolz mətbuat konfransı zamanı “Bu matəm tutmaq və ya Floydun ölümünə etiraz etmək yolu deyil. Bu vəziyyət qəbuledilməzdir. Siz evinizə geri dönməlisiniz,” deyib.

Uols onlara bir qrup ağ supremasistlərin Minneapolisdəki vəziyyətdən sui-istifadə edərək hərc-mərclik yaratmağa çalışdıqlarına dair təsdiq olunmamış məlumatların daxil olduğunu deyib.

Qubernator zorakılıqların bəzilərinə görə ağ supremasistlər, anarxislər və narkotik kartelləri ilə əlaqəsi olan bəzi insanlar daxil olmaqla başqa ştatlardakı mütəşəkkil təşviqatçıların məsuliyyət daşıdığını bildirib.

“İğtişaşçıların sayı çox olduğuna görə, müvafiq şəkildə həbslər etmək qeyri-mümkün oldu” – Uols deyib.

Uols Minneapolis və Sent Pol şəhərlərinin “hücum altında” olduğunu bəyan edərək Milli Qvardiyasının tam səfərbər olmasına və indiyədək şəhərə göndərilən 700 əsgərdən əlavə əsgərin göndərilməsinə çağırıb. Minnesota Milli Qvardiyasının general mayoru Con Censen əraziyə bazar gününədək 1700-dən çox əsgərin yerləşdiriləcəyini bildirib.

Qubernator həmçinin zorakılıqlarda iştirak edənlər haqda məluma toplmaaq və onların mütəşəkkil qrupların üzvləri olub-olmadıqlaırnı müəyyən etmək üçün federal hökümətlə əməkdaşlıq etdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp Minneapolisin meri Ceykob Freyi zorakı etirazçılara qarşı sərt tədbirlər görməyə çağırıv və ordunun müdaxilə etməyə hazır olduğunu söyləyib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən karantin rejiminə dair məhdudiyyətlərin bir qismi ləğv olunur –

Sonrakı məqalə

Şəkinin mərkəzi küçələrində ayı dolaşır –