“Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşüb nə edəcəyimizə qərar verməliyik” –Çavuşoğlu

“Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağda atəşkəslə bağlı çağırışlarına anlayışla yanaşırıq. Heç kim müharibə istəməz”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, atəşkəslə bərabər Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə də bağlı çağırış edilməlidir.

“Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları xatırladılmalıdır. Əgər Ermənistana işğal etdiyi torpaqları tərk etməklə bağlı çağırış edilərsə, o zaman beynəlxalq ictimaiyyətin həqiqətən də münaqişənin həllində maraqlı olduğunu deyə bilərik. Amma təəssüf ki, bu çağırış edilmir. Qısacası, Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşməliyik və nə edəcəyimizə qərar verməliyik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həmsədrlər bəyanat yayıb

Sonrakı məqalə

Gəncə və Mingəçeviri hədəfə alan raket kompleksləri məhv edilib –