Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Miqrantlar Rusiyaya gəlməkdən imtina edir –

User 29 Avqust 2024 - 10:42 (Last updated: 21 May 2025 - 20:15)
miqrantlar rusiya

Rusiyaya miqrasiya axını “quruyub” və heç cür COVİD-dən əvvəlki 2019-cu il səviyyəsinə qayıda bilmir.

Azpost.info bildirir ki, bu barədə Prezident yanında Rusiya xalq təsərrüfatı və dövlət xidməti Akademiyasının (RANQS) alimlərinin araşdırmasında qeyd olunub.

Alimlərinin araşdırmasına görə, bu ilin əvvəlinə əmək miqrantlarının sayı 3,5 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 1 milyon azdır. Onların Rusiya əmək bazarında ümumi payı 4,5% təşkil edir.

RANQS əməkdaşları Rosstat, Daxili İşlər Nazirliyi və FTX-nın məlumatları əsasında analitik qeyd hazırlayıblar. Bu il üçün hələlik yeni statistika yoxdur. Lakin ekspertlər əmək miqrantlarının sayının 2023-cü ildən daha az olacağını gözləyirlər.

Rusiyalı işəgötürənlər ümid edirdilər ki, koronavirus pandemiyası zamanı tətbiq edilən sanitar məhdudiyyətlərin götürülməsi yeni işçi dalğasının axınına səbəb olacaq. Lakin bu baş vermədi. Sərhəd xidmətinin məlumatına görə, daha çox insan yaxşı həyat dalınca Rusiyaya daxil olur. Amma Rusiyadan gedənlərin sayı da artıb.

Tədqiqat müəllifləri iki tendensiya müəyyən ediblər. Birincisi, əmək miqrantlarının demək olar ki, 90%-i üç ölkədən gəlir: Özbəkistan, Tacikistan və Qırğızıstan. 2019-cu ildə onların sayı 68% təşkil edib.

İkincisi, ziyarətçilər Rusiyanın bölgələri arasında paylanmır, bir qayda olaraq, Moskva, Sankt-Peterburq və onların ətraflarında “lövbər salırlar”.

Son illər miqrasiya siyasətinin dalana dirəndiyini demək olar. Araşdırmada deyilir ki, ümumilikdə miqrantların, xüsusən də əməkçilərin dəqiq sayı bilinmir. Rəqəmlər 0,5-1 milyon nəfər arasında dəyişir. Bir çox analitiklərin fikrincə, bu gün kadr çatışmazlığı yaşayan Rusiya əmək bazarı üçün yeganə real ehtiyatın miqrantlar olduğu şəraitdə bu cür dalğalanmalar qəbuledilməzdir.

Eyni zamanda, miqrasiya qanunvericiliyi də sərtləşir. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin iki ay əvvəl bu məsələ ilə bağlı sərt çıxışını xatırlamaq yerinə düşər. Rusiya qanunlarını pozduqlarına görə bu il ölkədən 30 min miqrant qovulub.

Rusiya Hökuməti yanında Maliyyə Universitetinin professoru Aleksey Zubetsin fikrincə, dövlətlərarası müqavilələrə görə, əmək bazarında onlar Rusiya vətəndaşları ilə eyni hüquqlara malikdirlər. Rusiyanın əmək bazarında 4,8 milyon insana ehtiyac var. Avaralara, parazitlərə qarşı reydlər, basqınlar təşkil etməklə bunu həll etmək mümkün deyil. Heç onlara ehtiyac da yoxdur. Onlar onsuz da işləmək istəmirlər. Tikinti sahəsinə Mərkəzi Asiyadan gələn motivasiyalı miqarntları göndərmək daha yaxşıdır”.

Post navigation

Previous: Xəstəxanada xəstənin pulunu oğurlayan şəxs saxlanılıb
Next: Kartlardan pul oğurlayan kiberşəbəkə ifşa edilib –

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.