Miqrasiya Xidməti Azərbaycanda olan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən bildiriblər ki, təlim-tədris mərkəzi Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlayır.

Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-dək (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qubada yaşayış yerini tərk edən 5 nəfər koronavirus xəstəsi saxlanılıb

Sonrakı məqalə

Noyabrın 2-dən 8-dək Azərbaycanda 8967 nəfər COVID-19-a yoluxub