MİRCƏFƏR BAĞIROVUN CANLI SƏSİ –"Müsavat bandasının siyahısına baxanda adamın tükü biz-biz durur” (KİNOXRONİKA)

İnternetdə  1929-54-cü illərdə Azərbaycan SSRİ rəhbərlik etmiş Mircəfər Bağırovun nadir kinoxronikası yayılıb.

Azpost.info bildirir ki, 1937-ci ilə aid olan kinoxronikada SSRİ-də “Stalin Konstitusiyası”  adlandırılan ali qanunun  1 ilinin tamam olması bağlı Bakıda  keçirilmiş mitinq əks olunub. 300 min Bakı sakininin iştirak etdiyi bu mitinqdə Mircəfər Bağırovun çıxışı canlı səslə verilib.

Rus dilində çıxış edən M. Bağırov sovet sistemini tərifləyir və düşmənlərə qarşı amansız olmağa çağırır. Öz çıxışında 37-ci il repressiyalarına toxunan Bağırov bu həbslərə haqq qazandırır və “bütün düşmənləri aşkar edəcəklərini” deyir.

“Yaddan çıxarmayaq ki, Bakıda və Azərbaycanda nə qədər düşməni ifşa etmişik.  İfşa edilmiş düşmənlərin etiraflarını oxuyanda adamın tükləri biz-biz olur. İnana bilrmisən insan cildinin arxasında yırtcı gizlənə bilərmiş. Trotsçiçi, buxarinçi, milli-burjua Musavat bandası kimi bandanı təsəvvür etmək olmur. Vətənin bir qarışını heç kimə verməyəcəyik”-deyə M. Bağırovun çıxışı gurultulu alqışlarla sona çatır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ hərbçiləri yenidən Suriyaya qayıdır

Sonrakı məqalə

“Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyirik” –