Mirzoyan İranda Qalibafla TRIPP-i müzakirə etdi –“Yeni imkanlar açılacaq”

Oktyabrın 5-də Tehranda Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanı İran İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqer Qalibaf qəbul edib.

Görüşdə parlamentlərarası əməkdaşlığın Ermənistan və İran arasında siyasi dialoqun mühüm tərkib hissəsi kimi əhəmiyyəti vurğulanıb.

Həmsöhbətlər qarşılıqlı etimad və dostluğa əsaslanan Ermənistan–İran münasibətlərinin yüksək səviyyədə olmasını məmnunluqla qeyd ediblər. Bildirilib ki, iki qonşu ölkə arasında münasibətlər strateji xarakter daşıyır və ardıcıl, açıq dialoq onların inkişafının mühüm təminatıdır.

Ararat Mirzoyan və Məhəmməd Baqer Qalibaf iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq proqramlarını müzakirə ediblər. Ermənistanla İranı birləşdirən infrastrukturun inkişafı və yükdaşımaların fasiləsizliyinin təmin edilməsi istiqamətində fəal işin vacibliyi qeyd olunub.

Nazir Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində dəmir yolu şəbəkəsinin inkişaf perspektivlərini vurğulayıb. Onun sözlərinə görə, bu, regionun bütün ölkələri üçün yeni imkanlar yaradacaq.

Tərəflər əməkdaşlığın və nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bunun region xalqlarının sülh və rifahının möhkəmləndirilməsinə töhfə verən mühüm amil olduğu bildirilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.