Mixail Qorbaçov Almaniyanın birləşməsindən danışdı:“SSRİ müdaxilə etmədi, qan tökülmədi” (VİDEO)

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov Berlin divarının sökülməsinin 30-cu ildönümündə BBC kanalına danışıb.

Önəmli açıqlamalar verən M.Qorbaçov nüvə silahlarının məhv edilməsinin vacibliyini vurğulayıb.

O, Rusiya ilə Qərb arasındakı gərginliyin də dünya üçün böyük təhdid olduğunu açıqlayıb.

BBC Moskva müxbiri Stiv Rozenberq Mixail Qorbaçovdan Rusiya ilə Qərb arasındakı gərginliyi necə təsvir etdiyini soruşub.

M.Qorbaçov ona bu cür cavab verib: ” “Sərin … Ancaq yenə də “müharibə “. Baxın, müxtəlif yerlərdə hələ də atəş səsləri var. Döyüş təyyarələri, döyüş gəmiləri ora-bura göndərilir. Bizim istədiyimiz bu deyil. Rusiya ilə Qərb arasındakı mövcud gərginlik dünya üçün böyük bir təhlükədir. Bütün dövlətlər bizim və planetimiz üçün nüvə silahının məhv edilməsini elan etməlidir”.

Qeyd edək ki, ABŞ 1987-ci ildə Sovet İttifaqı ilə bağladığı və SSRİ-nin dağılmasından sonra Rusiyanın nəzarəti altına keçən “Nüvə Qüvvələri Sazişi”ndən rəsmi şəkildə imtina edib. Nüvə silahlarının ixtisarına dair müqavilə 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmışdı. İmzalanan sazişdə, 500-50000 aralığında olan və qurudan atıla bilən bütün orta mənzilli nüvə və şərti ballistik raketlərin qadağan edilməsi nəzərdə tutulurdu.

Qorbaçov tarixə nəzrə salaraq Berlin haqqında da bunları deyib: “Qan tökülmədi. Buna imkan vermədik. Xüsusilə Almaniya üçün, bizim üçün, Avropa üçün, bütün dünya üçün belə vacib bir məsələdə müdaxilə etməyəcəyimizi bildirmişdik”.

Qeyd edək ki, 9 noyabr 1989-cu ildə Berlin divarının yıxılmasından sonra Şərqi və Qərbi Almaniya birləşdi, SSRİ də hadisələrə müdaxilə etməmək qərarına gəlmişdi. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN dənizdə köməksiz qalan 2 balıqçını xilas etdi

Sonrakı məqalə

Sumqayıt polisinə yeni rəis müavini təyin olundu