Sumqayıt polisinə yeni rəis müavini təyin olundu

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

“Report” xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı sənədlə polis polkovniki Əsgərov Nəzər Xanış oğlu Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, N.Əsgərov 2017-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərancamla “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mixail Qorbaçov Almaniyanın birləşməsindən danışdı:

Sonrakı məqalə

Əli Həsənov: