Gürcüstanın Xüsusi Penitensiar Xidməti həbsdə olan üçüncü Prezident Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan videogörüntülər paylaşıb.
Qurum videonu paylaşmasını yüksək ictimai maraqla əlaqələndirib.
Açıqlamada qeyd olunub ki, Saakaşvili simulyasiya xarakterli davranışlara yol verir və məqsədi ədalətin yerini tutmasına mane olmaq, həmçinin ictimaiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaqdır.
Mixeil Saakaşvili bu gün keçirilən məhkəmədə onlayn iştirakının təmin edilməməsinə etiraz olaraq elan etdiyi aclıq aksiyasını dayandırdığını açıqlayıb.
Sabiq Prezident vəkili Vaxtanq Baramaşvilinin vasitəsi ilə paylaşdığı məktubunda qərarını Avropa Parlamentinin deputatlarının xahişi və verdiyi vədləri ilə əlaqələndirib.
Qeyd edib ki, parlamentarilər onu qətiyyətlə aclıq aksiyasını dayandırmağa çağırıblar və hüquqlarının təmin edilməsi üçün bütün diplomatik səyləri səfərbər edəcəklərini söz veriblər. (APA)