MM-in komitə sədri:

“Yaxşı həkimin reklama ehtiyacı yoxdur”
16 Mart 2020 - 13:34

“Telekanallardakı tibbi reklamlar bəzən vətəndaşın ziyanına işləyir”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib. M.Quliyev bildirib ki, yaxşı həkimin reklama ehtiyacı yoxdur.

Mən özüm də həkiməm. Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq. Tibbi reklamlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəyi əsasında verilməlidir”, – deyə deputat qeyd edib.