Mobil şirkətlərimiz kontur satmaqdan 579 milyon manat qazanıblar –Səkkiz ay ərzində

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 579 mln. manat təşkil edib.

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87 faiz artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4 faizini təşkil edib.
Bu ilin 8 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1397,2 mln. manatlıq xidmət göstərilib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artım deməkdir. Bu sahədə əldə olunan gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Britaniya və Latviyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

Sonrakı məqalə

“SİNEMA”: Fellininin dünyanı sarsıdan “YOL” filmi –