“SİNEMA”: Fellininin dünyanı sarsıdan “YOL” filmi –Cəmiyyətin qəddarlığına etiraz edənlərin qüssəli hekayəti (FİLM)

“Sinema” rubrikasında bu gün dahi italyan kinorejissoru Federiko Fellininin dünya şöhrətli “Yol” filmini təqdim edəcəyik. 1954-cü ildə çəkilən bu ekran əsəri dünya kinematoqrafiyasında çevriliş edib.

Filmin süjeti sərgərdan sirk artisti ilə onun asissenti olan qız üzərində qurulub. Beş uşağı olan, kasıb yaşayan  ana öz böyük qızını sərt təbiətli, kobud sirk aktyoruna satır. Celsominanın qısa həyatı belə başlayır…

Pəhləvan Dzampono öz əsas nömrəsi olan sinəsində zənciri qırmaqla çörək pulu qazanır. Celsomina truba və barabanla onun nömrəsini elan etməlidir.  Kobud Dzampono hər şeyi zorun hesabına həll etməyə öyrəşib. O qızcığazı döyür və onun gözü qarşısında digər qadınlarla eyş-işərtlə məşğul olur.

Kəndirbaz Matto həmişə Dzaponuya istehza edir, ələ salır, bununla onu qəzəbləndirir. Növbəti qalmaqaldan sonra Dzampo Mattoya  bıçaqla hucum edir. Onu sirkdən qovurlar.

Matto Celsominoya ya onu ya da Dzamponunu seçməyi təklif edir.

Qız Dzampono ilə qalır.

Bir dəfə onlar sakit və adamların olmadığı yerdə üz-üzə gəlirlər: Matto və Dzampono…

…Cəmiyyəti və tənha insanların iztirablarını bu qədər sərt və ağrı ilə göstərmək adamı heyran edir.
Kobud həyata qarşı zəif və mərhəmət istəyən gülüşlə durmaq, onu islah etməyə cəhd qurbanlar tələb edir. Başdanxarab kimi görünən zərif Celsomina kobud və heyvərə Dzampano bunun indikatorlarıdır.

Filmdə bütün hadislər yolda baş verir. Dünyaya şərab şüsəsindən və fiziki gücün qüdrətindən baxan sərgərdan sirk ustası Dzampano və və bu qəddarlığın qarşısında çaş-baş qalaraq biganəlikdən, yoxsulluqdan və sabaha olan arzularını unutmuş cəmiyyətdən sarsılan tənha Celsomina…

Balaca cüssəli, hardasa Çarli Çaplini xatırladan bu binəva qız dünyanın sərt, qəddar, kobud gerçəkliyinə qarşı qorxa-qorxa özünün məhəbbət mesajlarını verməyə çalışır. Dünyanı sarsıdan o məşhur təbəssümü ilə…Kilsədə monarx qadına arabanın içini göstərib “Bura evimdir, yemək qabım da var” deməsi, trubada çaldığı kədərli mahnı və Celsominanın ölümü bir sualı açıq qoyur: İnsanın tənahlığına və qəddarlığına səbəbi cəmiyyətin yoxsulluğu, biganəliyi və ədalətsizliyidirmi?

Sonda Celsominanın öldüyünü bilən Kobud Dzampano dəniz sahilində tək-tənha hönükür-hönkür ağlayır. Mesaj aydındır: İnsani dəyərləri və mənəvi aşınmanı saxlamaq üçün kimsə özünü qurban verməlidir…Yoxsa, haqq-ədalət itər, cəmiyyət vəhşiləşər və insanlar üçün cəhənnəmə çevrilər.

Qəhrəmanlar filmboyu yolla gedirlər.
Bu yollar hara aparır? Romayamı? Fellini bu suala cavabı tamaşaçıya buraxır.

Fellini baş rola həyat yoldaşı Culyetta Mazinanı və məşhur aktyor Entoni Kuini çəkib.

…Felini bu film üçün ssenarini 1949-cu ildə yazsa da çəkilişlərə yalnız 1953-cü ilin sonlarında başlayır. Film Venetsiya kinofestivalının “Gümüşü Şir”, 1957-ci ildə isə Oskar” mükafatını alıb. Bu ekran işi ümumilikdə 50-dən çox mükafat alıb.

Filmdə ölməz Nino Rotanın musiqisi səslənir.

 

Filmi bu linkdən izləyə bilərsiniz. 

https://gidonline.io/film/doroga-1954/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mobil şirkətlərimiz kontur satmaqdan 579 milyon manat qazanıblar –

Sonrakı məqalə

Səudiyyə Ərəbistanında neft zavodu partladılıb –