Moldovada Sosialistlər Partiyasının tərəfdarları və üzvləri hökumətin istefası tələbi ilə parlament binası qarşısında etiraz aksiyası keçiriblər.
Azpost.info xəbər verir ki, aksiyada deputatlar da iştirak edib.
“Hökumətə istefa!”, “Rədd olsun xunta!”, “Qiymət artımına yox!” etirazçıların əsas şüarları olub.
“Bizə seçkilərdə daha yaxşı həyat vəd etmişdilər. Amma bir il sonra vətəndaşlar heç bir irəliləyiş hiss etmədilər. İnsanlar güclə dolanırlar, ona görə də erkən seçkilərə ehtiyac var”, – deputat Alla Darovannya bildirib.
O söz verib ki, payızda ölkənin baş meydanında etiraz aksiyaları daha çox olacaq.
Azpost.info
