Moldova prezidenti Kiyevdə səfərdədir

Moldova prezidenti Maya Sandu Ukraynaya səfər edib.

Azpost.info xəbər verir ki, Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri də bu gün Kiyevə gəliblər.

“Bu gün Moldova xalqı və mən dünya ictimaiyyəti ilə birlikdə bir il əvvəl Buçada dinc əhaliyə qarşı törədilmiş terroru xatırlayırıq. Biz günahsız insanları anır və yas tuturuq. Demokratik ölkələr bu vəhşiliklərin araşdırılmasını və cəzalandırılmasını təmin etmək üçün birlikdə çalışmalıdırlar”, – Sandu “Tviter”də yazıb.

Azpost.info

Əvvəlki məqalə

Aprel ayı üçün hava proqnozu

Sonrakı məqalə

“Ukraynada nüvə silahı ilə bağlı petisiya təhlükəli tendensiyadır”