Moldova prezidentindən Kişinyovdakı silahlı insidentlə bağlı- AÇIQLAMA

Moldova prezidenti Maya Sandu Kişinyov hava limanında silahlı insidentlə bağlı açıqlama verib.

Azpost.info xəbər verir ki, Sandunun sözlərinə görə, bir sərhədçi və hava limanının təhlükəsizlik işçisi həlak olub.

O, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Sandu əlavə edib ki, paytaxt hava limanında baş verən atışma ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları hazırlıq vəziyyətinə gətirilib.

Azpost.info

Əvvəlki məqalə

Kişinyov aeroportunda atəç açan şəxs saxlanıldı

Sonrakı məqalə

Daşkəsənə sel gəlib, bəzi kəndlərə ziyan dəyib