Moldovada prezident seçkilərində Maya Sandu qalib gəldi –NƏTİCƏLƏR

Moldovanın yeni prezidenti bəlli olub.

AZƏRTAC xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin ilkin nəticələrini açıqlayıb.

Seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 52,08 faiz səslə qalib gəlib. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 47,92 faiz səs toplaya bilib.

Xatırladaq ki, seçici fəallığı isə 52,72 faiz olub. Ən aktiv seçicilər 56-70 yaş arasında olub.1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ter-Petrosyan Paşinyanı “çaqqal”, erməni xalqını “xəstə” adlandırdı:

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi