Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandu daha çox səs toplayıb –“Exit-poll”un nəticələri

epa08787943 (FILE) A combination photograph made available on 30 October 2020 shows the leaders of polls for candidates in presidential elections of Moldova, Maia Sandu (L), Action and Solidarity Party (PAS) and Igor Dodon, acting President, in Chisinau, Moldova, 31 October 2020. Moldova prepares to hold the presidential elections on 01 November 2020. EPA/DUMITRU DORU

Moldovada prezident seçkilərinin ikinci turunda keçmiş Baş nazir Maya Sandu daha çox səs toplayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “exit-poll”un elan olunan ilkin nəticələrində qeyd edilib. “Exit-poll” aparan təşkilatların hamısında Sandu 10 faiz səs çoxluğu ilə hazırki Prezident İqor Dodonu üstələyir.

Prezident seçkilərinin ikinci turunda sabiq Baş nazir Maya Sandu ilə hazırki Prezident İqor Dodon mübarizə aparıblar. Sosial sorğularda birinci turda olduğu kimi, bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunurdu.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ikinci turda seçici fəallığı 53 faizə yaxın olub. 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin noyabrın 16-na olan cədvəli açıqlanıb

Sonrakı məqalə

Paşinyan ordunu Qarabağdan Ermənistana geri çağırdı: