“Moldovanı gücləndirmək üçün 1 milyarddan çox vəsait ayırmışıq” – Şarl MİŞEL

“Avropa İttifaqı Moldovanın dayanıqlığını gücləndirmək üçün ona 1 milyard avro ayırıb”.

Azpost.info xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.

O, bunu Kişinyovda Moldova prezidenti Maya Sandu ilə keçirdiyi brifinqdə açıqlayıb: “Avropa İttifaqı Moldova xalqı ilə tam həmrəydir. Son bir ildə biz Moldovanı dəstəkləmək və ölkənin dayanıqlığını gücləndirmək üçün 1 milyard avrodan çox vəsaiti ayırmışıq”.

Şarl Mişel qeyd edib ki, Aİ ölkələri Moldovaya daha da çox dəstək verəcəklər və bununla bağlı Avropa Komissiyasından 2023-cü ilin yayına qədər dəstək paketi təqdim etməyi xahiş olunub.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya 4390 ukraynalı uşağı oğurlayıb”

Sonrakı məqalə

“Saakaşvilinin bədən çəkisi kritik səviyyədən aşağı düşüb”