Moldovanın rəsmi dili “Rumın dili” adlanacaq

Moldova Parlamentinin komissiyaları “Moldova dili”nin “Rumın dili”nə dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiq ediblər.

“İnterfaks“a istinadən xəbər verir ki, qanun layihəsinin müzakirə edildiyi bütün komissiyalarında səs çoxluğu ilə qəbul edilib.

Hakim partiyanın deputatlarından olan Petru Frunze bildirib ki, bütün milli qanunlarda “Moldova dili” ifadəsinin “Rumın dili” ifadəsinə dəyişdirilməsi ilə bağlı sənəd Konstitusiya Məhkəməsinə göndərilib.

Əvvəlki məqalə

Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Şolts Paşinyanla Rusiyanın Qərbin  sanksiyalarından yayınmasını müzakirə edib