“Monarxiyanı bərpa etmək fikrim yoxdur, respublikaçıyam” –

İran şahının oğlu (FOTO)
05 Avqust 2021 - 02:26

“İranda hakimiyyətin ABŞ ordusu tərəfindən devrilməsi ideyasını dəstəkləmirəm”.

Azpost.info bildirir ki, bu sözləri devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin mühacirətdə yaşayan oğlu, taxt-tacın varisi sayılan Rza Pəhləvi “Frans Press”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bununla yanaşı ABŞ İran müxalifəti ilə dialoqa getməlidir: “Biz Qərbin islam respublikası ilə danışmağının əleyhinə deyilik. Sizə diplomatiya xətrinə əlaqə saxlamaq vacibdir. Biz bunu başa düşürük. Amma problemin hissəsi sayılanların sizə həll yolunu təklif edəcəyini düşünmək ağılsızlıqdır”.

Rza Pəhləvi deyib ki, İranda 2500 illik monarxiyanı bərpa etmək onun prioritetlərinə daxil deyil. O vurğulayıb ki, təbiətinə görə, respublikaçıdır. “İranlılar özləri qərar verməlidir ki, mübarizədə onlara taxt-tacı miras kimi deyil simvol olaraq götürmək  lazımdır ya yox…”

Pəhləvi deyib ki, o, tezliklə İran müxalifətinin konfransının keçiriləcəyinə ümid edir. “Son nəticədə İranın dünyəvi demokratik qüvvələrinin təsis iclasının çağrılması qərarı qəbul edilməlidir”.

Şahzadə Pəhləvi İranın yeni prezidenti Rəisini qanlı cinayətlərdə ittiham edib. Onun 1988-ci ildə solçuların kütləvi qətlində əli olduğunu vurğulayıb.

R.Pəhləvi Avropa İttifaqının rəsmi nümayəndəsinin İran prezidentinin andiçməsinə qatılmasını “arxadan zərbə” adlandırıb və bu addımın Rəisinin legitimləşdirilməsi anlamına gəldiyini qeyd edib.

Azpost.info