“Monitorinq aparan polis mülki formada da ticarət obyektlərinə daxil olacaq” –

DİN
20 Avqust 2021 - 11:38

“Bütün ticarət obyektlərinin monitorinqini həyata keçirən şəxslər mülki və polis formasında həmin obyektlərə daxil olacaqlar”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ticarət məkəzlərində qayda pozuntusu halları aşkar olunub:

“Həmin obyekt sahibləri bilsinlər ki, onlar barələrində görülən tədbirlərdən nəticə çıxarmayıblarsa, həmin obyektin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi nəzərdə tutulur”.