“Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa və Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil”.
Azpost.info bildirir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib. Baş nazirin “Moskva, Brüssel və Vaşinqtonun Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təkliflərinin olub-olmaması sualına cavabı belə olub.
“Hər kəsin öz paketinin olduğunu söyləmək olmaz. Amma hər kəsin müəyyən bir ideyası var. Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa o zaman bunları qeyd etməliyəm: Bu ölkələrdən heç biri Qarabağın müstəqilliyini tanımağa və heç biri Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, – Paşinyan bildirib.
Paşinyanın cözlərinə görə, adıçəkilən ölkələr beynəlxalq nöqteyi-nəzərdən Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər.
