Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Moskva Bakı ilə sıx əməkdaşlıqda maraqlıdı –

User 15 Oktyabr 2025 - 15:19 (Last updated: 15 Oktyabr 2025 - 15:19)
68ef8236551a868ef8236551a91760526902b6de694579a134c6deb265f4b9eaaf46

Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, “Xəzər beşliyi” və “3+3” regional əməkdaşlıq platforması, eyni zamanda, Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz Bakı və Avrasiya İqtisadi İttifaqı ilə dialoqun güclənməsini görürük. Bunu Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsinin yaxşı ənənəsi sübut edir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub.

Biz MDB formatında Bakı ilə əməkdaşlığımızı müsbət qiymətləndiririk. Tərəfdaşlarımız əməkdaşlığın müxtəlif sahələrində çox fəaldırlar. Məsələn, bu il Azərbaycan MDB-nin hər üç tematik paytaxtına ev sahibliyi edir. Məsələn, Qəbələ gənclər paytaxtı, Laçın mədəniyyət paytaxtı, Gəncə isə idman paytaxtıdır. Bu müddət ərzində sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində 23 idman növü üzrə 1500-dən çox idmançının iştirakı ilə III MDB Oyunları uğurla keçirilib. Bu barədə artıq şərh vermişik.

Əlbəttə ki, biz Bakının oktyabrın 10-da Düşənbə sammitinin bir sıra yekun sənədlərinə qoşulmasını alqışlayırıq. Buraya dövlət başçılarının transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və Çernobıl AES-də baş vermiş faciənin 40-cı ildönümü ilə bağlı bəyanatları daxildir.

Azərbaycan həmçinin 2026-2028-ci illər üçün terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının – MDB ölkələrinin regional təhlükəsizliyin təmin edilməsi üzrə birgə fəaliyyətinin konkret istiqamətləri üzrə mühüm ortamüddətli sənədin qəbulunu dəstəkləyib”, – Rusiya XİN sözçüsü qeyd edib.

AzPost.az

Post navigation

Previous: NATO Rusiya təyyarələrinin Alyansın hava məkanında vurulması üzrə yeni qaydaları müzakirə edir
Next: Putinlə Əhməd əl-Şara arasında görüş keçirilir

Oxşar xəbərlər

avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39

xƏBƏR

avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Rusiyada Çin istehsalı olan Li Auto (Lixiang) avtomobillərinin sahibləri kütləvi hesab sındırılması halları ilə üzləşirlər. Hakerlər avtomobilin...
Read more about Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı qeza_polis
  • Sosial

Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı

User 02 Noyabr 2026 - 21:29
Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir? iran fars korfezi
  • Dünya

Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir?

User 02 Noyabr 2026 - 21:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.