“Moskva-İrəvan münasibətlərində problem yoxdur”- Rusiya prezidenti

Rusiya prezidenti Vladimir Putin Moskva ilə İrəvan arasında münasibətlərdə problem görmədiyini bildirib.

Azpost.info xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunda danışıb.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanla da mütəmadi təmaslar olur.

Rusiya prezidenti Paşinyanın ona mövcud vəziyyətlə bağlı ətraflı məktub göndərdiyini bildirib.

“Ermənistanla heç bir problemimiz yoxdur. Paşinyanla da heç bir problem yoxdur, biz daim əlaqə saxlayırıq”,

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu