“Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinə kömək etməyə hazırdır” –LAVROV

“Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı yekun razılaşmaların əldə olunacağı şübhəsizdir. “Biz öz tərəfimizdən İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına və ümumilikdə bu regionda davam edən humanitar problemlərin həllinə kömək etməyə hazır olduğumuzu bir daha təsdiqlədik”, – Lavrov deyib.

Lavrov onu da qeyd edib ki, Moskva İrəvanla Ankara arasında münasibətlərin normallaşmasını alqışlayır.

Ararat Mirzoyan isə bildirib ki, Moskvanın Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarına məsləhətçi yardım göstərməsini istəyirlər. Sonda Lavrov erməni həmkarını Rusiyaya səfərə dəvət edib: “Biz onun nümayəndə heyətini Rusiyanın istənilən şəhərində görməyə şadıq”.

Əvvəlki məqalə

“Sülh sazişi Azərbaycanın təqdim etdiyi təkliflərə söykənir” –

Sonrakı məqalə

“Erməni icması Türkiyənin ayrılmaz hissəsidir” –