“Moskva” kreyserinin batmazdan əvvəlki ilk fotoları yayılıb –FOTO

“Moskva” kreyserinin batmazdan əvvəlki durumunu əks etdirən fotolar yayılıb.

Azpost.info xəbər verir ki, Qara dənizdə Ukraynanın “Neptun” raketləri ilə vurulan kreyserin görüntüsünü OSINTtechnical dərc edib.

OSINT hesab edir ki, güclü tüstü və alov ”Moskva” kreyserinin batmazdan əvvəl içəridən yandığını göstərir. Hərbi-dəniz qüvvələri eksperti H.İ.Satton isə peyk çəkilişlərindən və Rusiyanın rəsmi videosundan çıxış edərək “Moskva” kreyserinin ekipajının yarısının öldüyünü və ya yaralandığını təxmin edib.

“VKontakte”nin bəzi istifadəçiləri “Moskva” kreyserinin ekipaj üzvləri olan qohumlarının Rusiya donanmasının flaqmanı batdıqdan sonra itkin düşdüyünü bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Rusiya ordusu Kremennaya şəhərinə daxil olub, küçə döyüşləri gedir

Sonrakı məqalə

Avropa İttifaqı bütün limanlarını Rusiya üçün bağladı