Moskva Süleymaninin qətlinə görə ABŞ-ı ittiham etdi:

lavrov

“Süveren dövlətlərin rəsmi şəxslərinin aradan götürülməsi  beynəlxalq hüququn pozulmasıdır”.

 Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ dövlət katibi Pompeoya deyib.

Lavrov və Pompeo telefonla danışıblar. Moskva Vaşinqtonu beynəlxalq probleməri güc metodu ilə həllindən imtina etməyə çağırıb.

Bu barədə XİN mətbuat xidməti məlumat yayıb: “Rusiyalı nazir bildirib ki, ABŞ-ın bu addımı regionda sülh və sabitilk üçün ağır nəticələrə səbəb ola bilər. Bu addım Yaxın Şərqdə yığılıb qalmış mürəkkəb problemlərin həlli üçün aparılan səylərə uyğun gəlmir, əksinə eskalasiyaya aparır. Moskva israrla Vaşinqtonu beynəlxalq arenada öz məqsədinə çatması üçün əl atdığı qeyri-qanuni metodlardan imtina etməyə  və problemləri danışıqlar stolunda həll etməyə çağırır”-deyə XİN-dən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir