Rusiya Xarici İşlər Nazirliyi Moskva və Krıma olan son hücumlara sərt cavab verəcəyini bildirib.
Azpost.info xəbər verir ki, XİN bildirib ki, Kiyev bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb və bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Mixail Fedorovun açıqlamaları da təsdiqləyir.
“Bütün günahkarlar tapılacaq və cəzalandırılacaq. Rusiya tərəfi sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, – nazirlik bəyan edib.
Rusiya XİN həmçinin qeyd edib ki, Moskva və Krıma edilən hücumları dinc əhalini qorxutmaq məqsədi daşıyan terror aktı kimi tanıyır.
Azpost.info
