Rusiyanın paytaxtı Moskvada COVID-19 infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub.
Mer Sergey Sobyanin oktyabrın 28-dən noyabrın 7-dək paytaxtda qeyri-iş günü elan olunması barədə Fərman imzalayıb.
Fərmanda infeksiyaya yoluxma və ölüm hallarının artması ilə bağlı məhdudiyyətlərin tətbiq olunması da əksini tapıb.